📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu ərazilərdə su olmayacaq

2026-11-23 17:42:59

Bu ərazilərdə su olmayacaq

Noyabrın 25-də gün ərzində Səbail və Yasamal rayonlarının bəzi ərazilərinin içməli su təminatında fasilə yaranacaq. 

Hurriyyet.net  xəbər verir ki, bu barədə “İri Şəhərlərin Su Təchizatı” QSC məlumat yayıb.

Bildirilib ki, buna səbəb magistral xəttin yenisi ilə əvəz edilmiş hissəsində birləşmə işlərinin görülməsidir. Suyun əvvəlki rejimlə verilməsi noyabrın 26-sı səhər saatlarında bərpa olunacaq.