📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ: qaz olmayacaq

2022-05-19 12:39:00

Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ: qaz olmayacaq

“Qaz İxrac” İdarəsinə məxsus qaznəqli sistemində 19.05.2022-ci il tarixində planlaşdırılmış təmir işləri ilə bağlı, saat 08:30-dan təmir işləri başa çatanadək “Biləsuvar” QPS-dən, saat 10:00-dan təmir işləri başa çatanadək isə “Çinarlı”, “Şəmkir”,“Balakən” QPS-lərdən və “Əliyqabulu” QTM-dən qaz təchizatı dayandırılacaq.

Hurriyyet.az xəbər verir ki, təmir müddətində Biləsuvar şəhəri daxil olmaqla 17 kəndin, Balakən şəhəri daxil olmaqla 55 kəndin, həmçinin Şəmkir şəhəri daxil olmaqla 2 qəsəbə və 12 kəndin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.