📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

BU ƏRAZİLƏRDƏKİ BİNALAR DA SÖKÜLƏCƏK - 2700 manat kompensasiya təklif edilir

2026-02-15 12:57:40

BU ƏRAZİLƏRDƏKİ BİNALAR DA SÖKÜLƏCƏK - 2700 manat kompensasiya təklif edilir

Paytaxtın baş planına uyğun olaraq daha bir ərazidə söküntü nəzərdə tutulub.

Hurriyyet.org  BAKU.WS-ə istinadla verdiyi məlumata görə, söhbət Mirəli Qaşqay 34 ünvanında yerləşən bir və iki mərtəbəli yaşayış tikililərindən gedir.

Təxminən bir əsr əvvəl inşa edilmiş bu binaların yaxın vaxtlarda sökülməsi planlaşdırılır.

Bildirilir ki, sakinlərə hər kvadratmetr üçün 2700 manat məbləğində kompensasiya təklif olunub. Qeyd olunur ki, mənzillərin hamısının ayrıca çıxışı mövcuddur.

Artıq ərazidə evləri söküləcək sakinlərlə görüş keçirilib, mənzillərin texniki vəziyyəti qiymətləndirilib və inventarlaşdırma işləri aparılıb.

Məlumata əsasən, binalar söküldükdən sonra həmin ərazidə yeni çoxmərtəbəli yaşayış binasının inşası nəzərdə tutulmur. Layihənin detalları və ərazinin gələcək təyinatı ilə bağlı isə əlavə məlumatın veriləcəyi gözlənilir.