📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Bu, erməni tərəfinin manipulyasiyasıdır" - Hacızadədən Paşinyana cavab

2023-07-27 00:03:00

"Bu, təmiz təxribatdır və erməni tərəfinin manipulyasiyasıdır".
Hurriyyet.Az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadə Ermənistanın Baş naziri Nikol Paşinyana cavab olaraq tvitterdə yazıb.
"Azərbaycanın suveren ərazilərinə "humanitar yardım" adı altında və Azərbaycanın razılığı olmadan avtomobil karvanlarının göndərilməsi onun ərazi bütövlüyünə və suverenliyinə qəsddir", - Hacızadə bildirib.