Bu gecə şəhid olan Asif yanvarda əsgərlikdən qayıdacaqdı…
2021-12-09 11:07:00
Xəbər verdiyimiz kimi, bu gecə Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.
Hurriyyet.az xəbər verir ki, 2002-ci təvəllüdlü Asif Əliyev Siyəzən rayonunun Zarat kəndindəndir.
O, ötən ilin iyulunda hərbi xidmətə gedib, 2022-ci ilin yanvarında isə xidmətdən tərxis olunacaqmış.
Asif Əliyev Vətən müharibəsi iştirakçısı olub və Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.