📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu görüş əlaqələrimizin daha da genişlənməsinə kömək edəcək - Ceyhun Bayramov

2023-05-08 23:03:00

Bu görüş əlaqələrimizin daha da genişlənməsinə kömək edəcək - Ceyhun Bayramov

Vilnüsdə Azərbaycan-Litva İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasına həmsədrlik etməkdən məmnun oldum.

Bunu Litva Respublikasında rəsmi səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov özünün "Twitter" hesabında yazıb.

"Ümid edirik ki, bu görüşün nəticələri çoxşaxəli əlaqələrimizin daha da genişlənməsinə kömək edəcək", -deyə nazir əlavə edib.

Qeyd edək ki, Komissiyanın iclası zamanı Azərbaycan və Litvanın aiddiyyəti qurumlarının rəsmiləri çıxış edib, qurumlararası ikitərəfli görüşlər keçirilib, tədbirin sonunda Komissiyanın 7-ci iclasının Protokolu imzalanıb. \\Metbuat.Az