Bu gün 31 nəfər İrandan Azərbaycan sərhədi ilə təxliyə olunub - 3-ü diplomatdır
2026-03-09 16:32:07
İrandan Azərbaycan sərhədi ilə təxliyə prosesi davam edir.
APA-nın cənub bürosu xəbər verir ki, bu gün saat 12:00-dan 14:20-dək 31 nəfərin təxliyəsi həyata keçirilib.
Təxliyə olunanlardan 22 nəfəri Azərbaycan vətəndaşıdır. Onlardan 3-ü diplomatdır.
Bundan əlavə, 5 Çin və 4 Pakistan vətəndaşı Astara Dövlət sərhədindən buraxılış məntəqəsindən təxliyə olunub.
Təxliyə prosesi davam edir.