📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu gün Amerika və Avropa Ukraynanın taleyini həll edir

2025-11-21 09:25:05

Bu gün Amerika və Avropa Ukraynanın taleyini həll edir

Bu gün ABŞ dövlət katibi Marko Rubio Ukraynadakı münaqişənin həlli ilə bağlı Amerika tərəfindən hazırlanmış planı müzakirə etmək üçün Avropa milli təhlükəsizlik rəsmiləri ilə məsləhətləşmələr aparacaq.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” qəzetində yayımlanan məqalədə deyilir.

Belə ki, Avropa rəsmilərinin planın hazırlanmasında iştirak etmədikləri və indiyə qədər Amerika təklifi barədə məlumatlandırılmadıqlarını bildiriblər.

Qeyd edək ki, Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib ki, AB planın hazırlanmasında iştirak etməyib və ABŞ effektiv yol xəritəsi yaratmaq istəyirsə, Ukrayna və Avropa prosesə cəlb olunmalıdır.

Axar.az