Bu gün Azərbaycan ərazisindən Ermənistana nə qədər taxıl göndəriləcək?
2026-02-04 16:54:34
Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə ümumi çəkisi 560 ton olan səkkiz ədəd taxıl yüklü vaqon Ermənistana göndəriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.
Bildirilib ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 20 660 ton taxıl (bugünkü 560 ton daxil olmaqla) göndərilib.