📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Bu gün Azərbaycana kiminsə təzyiq etmək imkanları mövcud deyil" - ƏDALƏT VERDİYEV

2023-08-15 14:29:00

"Hay-küy salmayın, bu mənasız məşğuliyyətdir, topunuzu götürün, gedin Qafana və hələlik orda oynayın"

"Laçın yolunun açılmasına görə saçlarını yolub tumanlarını başına atanlar, Bakıdan "humanist" olmağa tələb edənlər, nədənsə bu yolla 30 illik işğal və ondan sonrakı 30 ay ərzində Ermənistan tərəfindən Azərvaycan ərazilərindəki erməni silahlılarına qanunsuz silah, hərbi texnika, heyət və mina daşınmasını tam görməzdən gəlirdilər. Bu utanmaz fəaliyyətlərinizə çavab olaraq Azərbaycanın sərhəd keçid məntəqəsi yaratdı və bu məntəqə Azərbaycanın dövlət təhlükəsizliyinin təminatı baxımından mühüm əhəmiyyətə malikdir". Hurriyyet.az-ın məlumatına görə, bu fikirlər hərbi ekspert Ədalət Verdiyevə məxsudur.

Hərbi ekspert hesab edir ki, təhlükəsizlik məsələsində bu gün Azərbaycana kiminsə təzyiq etmək imkanları mövcud deyil: "Hay-küy salmayın, bu mənasız məşğuliyyətdir, topunuzu götürün, gedin Qafana və hələlik orda oynayın".

Ədalət Veriyevəlavə edib ki, məsləhətə qulaq asmayanlara isə növbəti hay küy salmaq üçün yeni mövzunu ən yaxın müddətdə təqdim edə bilərik.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az