📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu gün Bakının bu rayonlarında qaz olmayacaq

2026-04-28 10:16:01

Bu gün Bakının bu rayonlarında qaz olmayacaq

Bu gün Bakının iki rayonunun bəzi ərazilərində qaz təchizatın dayandırılacaq.

Bu barədə Musavat.com-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Qeyd olunub ki, təmir-quraşdırma işlərinin aparılması məqsədilə saat 10:00-dan etibarən Sabunçu rayonu üzrə Maştağa (bir hissəsi) və Savalan qəsəbələrinin, Suraxanı rayonu üzrə isə Zığ kəndinin qaz təchizatında işlər yekunlaşanadək fasilə yaranacaq.