Bu gün baş verən “Boeing 777” qəzası riyazi yolla Günəş tutulmasına bağlanır
“And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. Quran, 19:84
Xəbər veildiyi kimi, bu gün (21 may 2024) London-Sinqapur reysində uçan “Boeing 777-300” sərnişin təyyarəsi qəzaya uğradığından içərisində olan 211 sərnişindən bir nəfəri ölüb, otuza qədər isə, yaralanıb. Elmi-lədun hesablamalarımız göstərir ki, baş verən qəza təsadüfü olmayıb, xüsusi bir qanunauyğunluğa tabedir. Bu qanunauyğunluğu diqqətinizə çatdırırıq:
1) Bu gün Tatarıstanda “L 410” markalı təyyarənin qəzaya uğramasının 286-cı günüdür ki, bu da orjinal (Kəəbədə və muzeylərdə saxlanan) Quranın səhifələrinin sayı olmaqla, bütün təyyarə qəzalarının üzərində görünür.
2) Türkiyədə (04.03.21) baş verən helikopter qəzasının 1.177-ci günüdür ki, bundan da Quranın surələrinin və səhifələrinin cəmini çıxsaq, alınan ədəd bu gün qəzaya uğrayan təyyarənin markasını göstərir və hər şeyin dəqiqliklə sayılıb yazıldığını sübut edir:
1177 – 114 – 286 = 777 (!)
3) Xatırladaq ki, 16.12.2019-cu il tarixdə ABŞ-da “Boeing 737” qəzası baş verdi. Bu gün həmin hadisənin 1618-ci günüdür ki, bundan da Qurandakı tövbə rəmzini (555) və müqəddəs kitabın səhifələrinin sayını (286 ədədi Yaradanın rəqəmsal imzası olaraq, bütün qəzalarda görünür) çıxsaq, yenə də qəzaya uğrayan təyyarənin markası görünür:
1618 – 555 – 286 = 777 (!)
4) Sözü gedən təyyarə qəzası riyazi yolla astronomik xəbərdarlığa (Günəş tutulmasına) da bağlanır. Belə ki, bu gün 10 iyun 2021-ci il tarixli Günəş tutulmasının 1077-ci günüdür ki, bu da qəzaya uğrayan təyyarənin markasındakı ədədlərin cəmidir:
777 + 300 = 1077 (!)
Və s. Oxucunu yormamaq üçün hesablamaları çox uzatmıram (arifə bir işarə kifayət etdiyi halda biz burada dördünü sadaladıq)
Nəticə: Bu gün London-Sinqapur reysində uçan “Boeing 777-300” sərnişin təyyarəsinin qəzaya uğraması bəşəriyyətə Yaradanın kodlaşdırılmış (rəqəmsal) mesajıdır ki, pozğun hyat tərzindən, haqsızlıqdan, ədalətsizlikdən, zülmdən... əl çəkib, normal (insana layiq olan) həyat yaşasınlar. Əks halda, bu gün dünyada baş verən daşqınlar və digər təbii fəlakətlər daha da artacaq (güclənəcək) və bəşəriyyətin böyük əksəriyyətini (elmi-lədun hesablamamıza görə 71 faizini) Yer üzündən siləcəkdir.
“Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (insanlara zülm etməməyi) əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, hökm vacib olar və onu yerlə yeksan edərik”.
“Quran”, 17:16-17

Xəbərdarlığı çatdırdı:
Paşa Yaqub – Pangeyist (Sülhyaradan)