Bu gün BMT TŞ-də Qəzza ilə bağlı qərar veriləcək
2023-12-22 08:31:10
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, BMT-nin Təhlükəsizlik Şurası ərəb ölkələrinin Qəzza sektorundakı vəziyyətlə bağlı humanitar qətnamə layihəsinin səsverməyə qoyulmasını 22 dekabr tarixində keçirməyi qərara alıb. Jurnalistlərə bu barədə məlumatı Ekvadorun BMT-dəki daimi nümayəndəsi Xose de la Qaska verib. Bəlli olduğu kimi, dekabr ayında BMT Təhlükəsizlik Şurasının sədrliyi Ekvador dövlətinə verilib.
Hürr Tərcüman