“Bu gün Britaniyada tarixi gündür” – Kovid-19-a qarşı dərmanın istifadəsinə icazə verildi
Hurriyyet.az “Vesti Kavkaza” portalına istinadən xəbər verir ki, dünyada ilk dəfə olaraq, Böyük Britaniyada koronavirusdan müalicə üçün molnupiravir preparatından istifadə edilməsinə icazə verilib.
Bu barədə məlumatı Britaniyanın Dərman Vasitələrinə və Tibbi Məhsullara Nəzarət Agentliyi verib. Açıqlamada molnupiravirin təhlükəsiz və Kovid-19-a yoluxmuş şəxslərin xəstələrin vəziyyətlərinin ağırlaşması ilə ölüm hallarına qarşı effektli olduğu bildirilir. Piylənmə, diabet və ürək-damar xəstəliklərindən əziyyət çəkənlərə, həmçinin 60 yaşdan yuxarı şəxslərə bu preparatdan istifadə tövsiyə edilir.
Böyük Britaniyanın Səhiyyə naziri Sacid Cavid bu günün “ölkə üçün tarixi gün” olduğunu söyləyib: “Böyük Britaniya dünyada Kovid-19-a qarşı evdə işlədilə biləcək antivirus preparatının istifadəsinə icazə verən ilk ölkə oldu”.
Molnupiravir eksperimental antivirus preparatıdır. Qripin müalicəsi üçün “Merck” və “Ridgeback Biotherapeutics” şirkətləri tərəfindən hazırlanıb. Dəranın koronovirusun bir sıra formalarına, o cümlədən SARS, MERS və SARS-CoV-2 viruslarına qarşı təsirli olduğu bildirilir.
Hürr Tərcüman