📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu gün dənizə gedənlərin nəzərinə!

2026-08-14 10:16:23

Bu gün dənizə gedənlərin nəzərinə!

Bu gün Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Hurriyyet.Media Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, çimərliklərdə şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq.