📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Bu gün dünyada beyin, intellektualların köçü yaşanır" - XAQANİ CƏFƏRLİ

2023-12-07 10:56:14

"Şərqdən Qərbə doğru hərəkət edən bu köçün nəticəsində Şərq daha da yoxsullaşacaq, Qərb isə daha da zənginləşəcək"

"Gələcək həmişə intellektuallardan asılı olub. Hansı cəmiyyətin intellektual potensialı güclü olubsa, o dövlət daha öndə olub. Bu gün dünyada beyin köçü, intellektualların köçü yaşanır. Şərqdən Qərbə doğru hərəkət edən bu köçün nəticəsində Şərq daha da yoxsullaşacaq, Qərb isə daha da zənginləşəcək". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli bildirib.

Politoloqun sözlərinə görə, bu köçün bu günə olan nəticəsi ondan ibarətdir ki, dünyada öz sahələri üzrə ən yaxşı mütəxəsis, alim sayılan insanların ən üst təbəqəsinə aid olanların yarısından çoxu ABŞ-da yaşayır: "Təxminən, beş milyon intellektual bu gün ABŞ-da gələcəyin texnologiyasını yaratmaqla məşğuldur. Bu oniliyin sonuna kimi elə texnologiyalar icad olunacaq ki, ABŞ əlçatmaz hala gələcək. Bu vəziyyəti ən aydın görən və narahatlıqa izləyən dövlət Çindir. Digər dövlətlər isə iki yerə bölünüb. ABŞ-ın müttəfiqləri Vaşinqtonun bu texnologiyaların bir hissəsini onlarla bölüşəcəyinə ümid edərək, gələcəyə nikbin baxmağa çalışırlar".

Xaqani Cəfərlinin qənaətincə, bizim ölkənin yerləşdiyi çoğrafiyadakı dövlətlər isə hələ dünyada nəyin baş verdiyinin fərqində deyillər: "Ölkəmizin aid olduğu çoğrafiya texnologiyada Qərbdən ən azı iki nəsil, bir çox sahələrdə isə üç nəsil geridədir. Bu gerilik ümidli gələcəyi istisna edir. Yeganə qurtuluş yolu Mirzə Fətəli Axundzadənin müəyyən etdiyi yoldan getməkdir. Digər bütün yollar dərin uçuruma aparır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az