📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu gün Ermənistan-Azərbaycan sərhədində mübadilə olacaq

2023-12-13 15:14:22

Bu gün Ermənistan-Azərbaycan sərhədində mübadilə olacaq

Dekabrın 13-ü Ermənistan-Azərbaycan sərhədində 5 gün əvvəl elan edilmiş hərbi əsirlərin mübadiləsi baş tutacaq.

Hurriyyet.az Turan-a istinadla xəbər verir ki, bu barədə agentliyinə məlumatlı mənbələri danışıb.

“Azərbaycanın 32 erməni məhbus və Ermənistanın 2 Azərbaycan əsgərini azad edəcəyi gözlənilir.

Erməni hərbçiləri 2020-ci ilin dekabrında Hadrut bölgəsində və ondan sonrakı dövrdə Ermənistan-Azərbaycan sərhədinin müxtəlif hissələrində və Qarabağın özündə tutulan hərbçilərdir”, - deyə mənbə vurğulayıb.

Azərbaycanlı əsirlər isə dumanlı havada Ermənistan ərazisinə keçən hərbçilərdir.