Bu gün general rütbəsi alan zabitlər - FOTO
2024-08-17 20:43:27
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Dövlət Sərhəd Xidmətinin polkovnik rütbəli 3 hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib.
Hurriyyet.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, “general-mayor” ali hərbi rütbəsi verilən Bəhmən Babayev hazırda Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri vəzifəsində xidmət göstərir.
Nəsib Mirzəyev DSX-nin Çevik Hərəkət briqadasının komandiridir. O, Vətən müharibəsində bir sıra vacib əməliyyatlarda iştirak edib və müharibədən sonra “Zəfər” ordeni ilə təltif edilib.
Əyyub Məmmədov isə hazırda DSX-nin Kadrlar Baş İdarəsinin rəisidir.
Fotoda Bəhmən Babayev

Fotoda Nəsib Mirzəyev
