"Bu gün ilk dəfə sülh sazişinin mətni ilə tanış olduq" - Manukyan
2023-12-08 22:46:35
“Uzun sorğulardan sonra bu gün ilk dəfə Ermənistan Xarici İşlər Nazirliyinin binasında nəhayət ki, biz İrəvan və Bakının Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanmasına dair sazişlə bağlı son təklifləri ilə tanış olduq”.
Hurriyyet.Az xəbər verir ki, bu barədə “Ermənistan” blokundan olan deputat Qeqam Manukyan sosial şəbəkə hesabında yazıb.
O, həmçinin qeyd edib:
“Sənədin tam məxfi kimi təsnif edilən bütün bəndlərini dərc edə bilməsək də, onu deyə bilərəm ki, təkliflərlə tanışlıq bu məsələ ilə bağlı narahatlığımızı gücləndirdi”, – deyə Qeqam Manukyan əlavə edib. \\KONKRET.az