📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu gün Nabranda qəzada ölən polis əməkdaşı KİMDİR?

2022-09-03 19:25:00

Bu gün Nabranda qəzada ölən polis əməkdaşı KİMDİR?

Bu gün Xaçmazda polis əməkdaşının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Nabran kəndi ərazisində qeydə alınıb.

Belə ki, Xudat Polis Bölməsinin əməkdaşı, polis serjantı Elvin Mürsəlzadə xidmətdən kənar vaxtı idarə etdiyi şəxsi “Hyundai” markalı avtomobili yolun kənarındakı ağaca vurub və nəticədə o, hadisə yerində ölüb.

Araşdırma aparılır. \\Sfera.az