📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu gün Paşinyanın məhkəməsi olacaq – Koçaryan 8,3 min dollar tələb edir  

2022-01-10 10:18:00

Bu gün Paşinyanın məhkəməsi olacaq – Koçaryan 8,3 min dollar tələb edir  

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, bu gün Ermənistanın eks-prezidenti, Qarabağ münaqişəsinin əliqanlı baiskarlarından olan Robert Koçaryanın Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı şikayət ərizəsinə baxılacaq.

“Sputnik Ermənistan” informasiya agentliyinin verdiyi xəbərə görə, Koçaryanın vəkili Ayk Alumyan 2021-ci ilin aprelində iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Ermənistanın liderinin ölkənin mərkəzi meydanında verdiyi bəyanatlar iddia qaldırılmasına səbəb olub. Paşinyanı Koçaryana böhtan atmaqda və günahsızlıq prezumpsiyasını (hüquqda doğruluğu rədd edilmədikcə həqiqi sayılan fərziyyə) pozmaqda ittiham edirlər. Koçaryanın vəkilləri Paşinyandan 4 milyon dram (8,2 min dollara yaxın) məbləğində kompensasiya tələb edirlər.

Hürr Tərcüman