📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu gün səhər qəzada ölən hərbçi - FOTO/VİDEO

2023-08-02 16:12:00

Bu gün səhər qəzada ölən hərbçi - FOTO/VİDEO

Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən biri (Ceyhun Ağarzayev) hərbçi olub.

Hurriyyet.az baku.ws-ə istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

2 nəfər dünyasını dəyişib. Avtomobillərdən birində olanlar, Tovuz rayon sakinləri, 1961-ci il təvəllüdlü Bədirov Fəxrəddin Rəşid oğlu və onun həyat yoldaşı, 1965-ci il təvəllüdlü Bədirova Cəmilə Mirzə qızıdır. Onlardan qadının həyatını xilas etmək mümkün olmayıb.

"Mercedes" markalı avtomobilin sürücüsü isə hadisə yerində dünyasını dəyişib.