📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu gün şəhid olan hərbçimiz kimdir? - FOTO

2023-05-11 12:08:00

Bu gün şəhid olan hərbçimiz kimdir? - FOTO

Bu gün düşmən təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Orxan Elxan oğlu Novruzəlizadə Ağstafa rayon sakinidir.

Hurriyyet.az Oxu.az-a istinadən xəbər verir ki, 1988-ci il təvəllüdlü O.Novruzəlizadə rayonun Vurğun qəsəbəsinin sakini olub.

Şəhidimiz subay olub.

Qeyd edək ki, mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur.