Bu gün Türk Dövlətləri Təşkilatı Qazaxıstandakı vəziyyətlə bağlı fövqəladə iclas keçirəcək
2022-01-11 09:26:00
Hurriyyet.az “Akşam” nəşrinə istinadən xəbər verir ki, bu gün Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirlərinin Şurasının fövqəladə iclası keçiriləcək. İclasa Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu rəhbərlik edəcək.
Türkiyənin Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında deyilir: “Qazaxıstandakı hadisələri müzakirə eləmək üçün TDT-nin hazırkı sədri olan ölkəmiz tərəfindən edilən çağırışdan sonra təşkilatın üzvü və müşahidəçisi olan ölkələrin iştirakı və möhtərəm rəhbərimizin başçılığı ilə 11 yanvar 2022-ci il tarixində TDT Xarici İşlər Nazirləri Şurası onlayn formatda fövqəladə iclas keçirəcək”.
Hürr Tərcüman