Bu gün Türkiyə parlamentində İsveçin taleyi həll olunacaq
2024-01-23 15:55:37
Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, İsveçin NATO-da iştirakı ilə bağlı qanun layihəsi bu gün TBMM-nin Baş Assambleyasında müzakirəyə çıxarılacaq.
TBMM-nin Baş Assambleyası bu gün İsveçin Şimali Atlantika Hərbi İttifaqına (NATO) qoşulması ilə bağlı protokolun təsdiq edilməsi haqqında qanun layihəsini müzakirə edəcək.
İsveçin NATO-da iştirakı ilə bağlı təklifin TBMM-nin Baş Assambleyasının bugünkü gündəliyinə daxil edilməsi planlaşdırılıb.
Hürr Tərcüman