📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu gün Türkiyədə Azərbaycan-Ermənistan münasibətləri müzakirə ediləcək

2023-08-07 14:58:00

Bu gün Türkiyədə Azərbaycan-Ermənistan münasibətləri müzakirə ediləcək

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Türkiyə hökuməti bu gün Prezident R.T.Ərdoğanın sədrliyi ilə iclas keçirəcək. Beynəlxalq və daxili məsələlərin müzakirəsi gözlənilir.

İclasın gündəliyində duran məsələlər bunlardır:

  • RF Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri
  • Cənubi Qafqazda vəziyyət, Azərbaycan ilə Ermənistan  arasında münasibətlərin normallaşması
  • Qara dənizdən taxıl nəqli ilə bağlı İstanbul sazişinin bərpası
  • Avropada, o cümlədən İsveçdə müqəddəs Quran kitabının təhqir edilməsi aksiyaları
  • Terrorçuluqla mübarizə
  • Dağıdıcı zəlzələyə məruz qalmış Kahramanmaraşda altı ay ərzində keçirilən bərpa işlərinin nəticələri.

Hürr Tərcüman