BU GÜN VÜQAR MƏMMƏDOVUN MƏHKƏMƏ PROSESİ KEÇİRİLƏCƏK
Bu gün, 14 oktyabr saat 14:15-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Hürriyyət" qəzetinin və Hurriyyet TV-nin baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) növbəti məhkəmə prosesi keçiriləcək.
Xatırladaq ki, V. Məmmədovun sonuncu məhkəmə prosesi təxminən 2 ay əvvəl baş tutmuşdu. Belə ki, onun səhhətində yaranan problemlə əlaqədar avqusta keçirilən məhkəmə prosesinin məhz indiki tarixə - 14 oktyabradək təxirə salınması haqda qərar verilmişdi. Bu müddət ərzində baş redaktor Bakı Sağlamlıq Mərkəzində “anju” olunmaqla yanaşı, bir neçə həftəlik müalicə prosesini yekunlaşdırdı. Daha sonra isə, səhhətində mövcud olan problemin ağırlığı ilə əlaqədar, ötən şənbə günü müalicə müəssisəsinə köçürüldü.
Qeyd edək ki, Vüqar Məmmədovun bu gün baş tutacaq məhkəmə prosesinə məhz müalicə müəssisəsindən gətiriləcəyi güman olunur.
Məhkəmənin gedişi ilə bağlı oxucularımıza əlavə məlumat verəcəyik.
Jalə FAMİLQIZI