📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu gündən 5 qəpiklik bu formada olacaq- YENİ DİZAYN- FOTO

2023-09-25 10:03:14

Bu gündən 5 qəpiklik bu formada olacaq- YENİ DİZAYN- FOTO

Bu gündən Azərbaycan Mərkəzi Bankı (AMB) yenilənmiş 5 qəpiklik metal pul nişanlarını tədavülə buraxılıb.

Hurriyyet.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, yeni pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Dövlət Gerbinin təsviri, eləcə də nişanın buraxılış ili əks olunub.

Pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq saxlanılıb.

Yenilənmiş 5 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.