📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu gündən məktəblərdə qış tətili başlayıb

2026-01-27 10:20:00

Bu gündən məktəblərdə qış tətili başlayıb

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayıb.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2025–2026-cı tədris ili üzrə tətil yanvarın 27-31-i tarixlərini əhatə edəcək.

Belə ki, 5 gün davam edəcək tətil məktəbəhazırlıq qruplarına da şamil edilir.

Tətildən sonra beşgünlük və altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ilk dərs günü fevralın 2-sidir.