📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu gündən Türkiyədə üçgünlük matəm başlayır

2023-10-19 09:16:40

Bu gündən Türkiyədə üçgünlük matəm başlayır

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Qəzzadakı hadisələrlə bağlı bu gündən Türkiyədə üçgünlük matəm başlanır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan həlak olmuş fələstinlilərin xatirəsinə üçgünlük matəm elan edilməsi ilə bağlı fərman imzalayıb.

Türkiyə Prezidenti yazıb: “Türkiyə olaraq fələstinli qardaşlarımızın çəkdikləri bütün əzabları ürəyimizdə hiss edirik. Əksəriyyəti uşaqlar və dinc vətəndaşlar olan minlərlə şəhidimizə qarşı hörmətimizin əlaməti olaraq, ölkəmizdə 3 günlük milli yas elan edilib”.

Hürr Tərcüman