📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Bu günlük işimizi yerinə yetirdik" - rusiyalı general

2022-02-24 23:59:00

"Ukraynada xüsusi hərbi əməliyyat davam edir".

Rusiya Müdafiə Nazirliyinin İnformasiya və Kütləvi Kommunikasiyalar Departameninin rəisi, general-mayor İqor Konaşenkov belə deyib.

Onun sözlərinə görə, "hər şey plana uyğun gedir": "Rusiya Federasiyasının Silahlı Qüvvələrinin qruplaşması qarşısına qoyulmuş vəzifələr uğurla reallaşdırılıb. Bu günlük işimizi yerinə yetirdik. Reyd dəstələri və hava desantı vasitəsilə qoşunlarımız Xerson şəhərinə çıxıblar. Bunun nəticəsində Şimali Krım su kanalına nəzarət ələ keçirilib və Krım yarımadasına suyun nəqli bərpa olunub". \\Milli.Az