📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Bu hal həm məni narahat edir, həm də komandada təzyiq yaradır" - Qurban Qurbanov

2022-11-02 20:34:00

"Çox fikir bildirmək istəmirəm. Oyunun mahiyyətini dərk edirik".

Bu fikirləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Bakıda Almaniya "Frayburq"una qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan öncə mətbuat konfransında səsləndirib.

O, rəqib komandayla bağlı bunları deyib: "Rəqibi tanıyırıq, oyunçularına bələdik. Futbolçularıma güvənirəm. Ümid edirəm ki, ən yaxşı oyunumuzu göstərəcəyik".

50 yaşlı mütəxəssis bildirib ki, son vaxtlar psixoloji durum barədə çox danışılır: "Biz hamımız peşəkarıq. Bilirik ki, ya qalib gələcəyik, ya da məğlub olacağıq. "Nant"la oyunumuzdan sonra Şahruddin Məhəmmədəliyevin adı çox hallandı. Səhvsiz futbolçu yoxdur. Bu hal həm məni narahat edir, həm də komandada təzyiq yaradır. Azarkeşlərimizi də yaxşı başa düşürəm. Həmişə onlara güvənmişik. Hamımız birlikdə rəqiblərə qalib gələ bilərik. Anma bu cür hallar pis təsir edir. Bununla belə, hər şey qaydasındadır. Heç bir psixoloji problemimiz yoxdur. Futbolçuların hamısı başa düşür ki, bu cür oyunlarda özlərini necə aparmaq lazımdır".\\Offsideplus.az