📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bu halda bütün vasitələrdən istifadə etməyin mümkün olduğunu düşünürük" - PUTİNDƏN ŞOK AÇIQLAMA

2024-06-06 09:54:29

“Bu halda bütün vasitələrdən istifadə etməyin mümkün olduğunu düşünürük

“Əgər kiminsə hərəkəti bizim suverenliyimizi və ərazi bütövlüyümüzü təhdid edirsə, biz ixtiyarımızda olan bütün vasitələrdən istifadə etməyin mümkün olduğunu düşünürük. Buna yüngül yanaşmaq olmaz”.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində “Lahta Center”də dünyanın aparıcı xəbər agentliklərinin rəhbərlərinin suallarını cavablandırıb. 

Ukrayna ordusunun müharibədə hər ay təxminən 50 min adam itirdiyini bildirən Putin, “Ukrayna ordusu hər ay təxminən 30 min adamı səfərbər edir. Son iki ayda 50-55 min insanı səfərbər etdilər. Amma bu problemi həll etmir. Çünki bütün bu səfərbərlik yalnız itkiləri kompensasiya edir”. dedi.

ABŞ-ın Ukraynaya səfərbərlik yaşını 18-ə endirməsi üçün təzyiq etdiyini bildirən Putin, “O zaman (Ukrayna prezidenti Volodomir) Zelenskidən qurtulacaqlar”.