📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu, hələ “müqəddimə”dir, böyük hücum olacaq

2022-04-20 11:13:00

Bu, hələ “müqəddimə”dir, böyük hücum olacaq

Rus ordusunun İzyum və Donetsk bölgələrindəki hücum əməliyyatları daha böyük hücumların müqəddiməsidir.

Hurriyyet.az xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən qapalı brifinqdə ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi bildirib.

“Donetskin cənub-qərbində və İzyumun cənubunda bəzi məhdud hücumların başladığını gördük. Hesab edirik ki, bu, gələcək böyük əməliyyatlar üçün müqəddimədir”, - ABŞ rəsmi bildirib.

Rusiyanın hücum strategiyasına gəlincə, o qeyd edib ki, söhbət qarışıq yanaşmadan gedir:

“Çox güman ki, Rusiya infrastrukturu məhv etmək üçün havadan və uzaq məsafədən hücumlar həyata keçirəcək. Onlar qüvvələrini artırmaqda davam edir. Son 24 saat ərzində ruslar döyüşə daha 2 batalyon taktiki qrup əlavə ediblər”.