📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu hərbçilər müayinəyə göndərilməyəcək

2025-01-07 16:04:57

Bu hərbçilər müayinəyə göndərilməyəcək

Ehtiyata və ya istefaya buraxılmadan öncə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilən hərbi qulluqçuların siyahısı dəyişib.

Hurriyyet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişikliyi təsdiqləyib.

Belə ki, xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ordudan ehtiyata buraxılan hərbi qulluqçular öz xahişinə əsasən hərbi-həkim komissiyasının müayinəsinə göndərilməyə biləcəklər.