📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu idman növü üzrə Avropa çempionatı Bakıda olacaq

2022-09-24 22:18:00

Bu idman növü üzrə Avropa çempionatı Bakıda olacaq

Qızlar arasında həndbol üzrə 2023-cü il Avropa çempionatı Bakıda keçiriləcək.

Bununla bağlı qərar Lüksemburqda Avropa Həndbol Federasiyasının (EHF) İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Qitə çempionatı 2005-ci il təvəllüdlü qızlar arasında təşkil ediləcək.

Lükksemburqda həmçinin EHF-in XVI Konfransı və XV Konqresi keçirilir. Tədbirlərdə ölkəni Azərbaycan Həndbol Federasiyasının (AHF) vitse-prezidenti Orxan Abbasov təmsil edir.

Üç gün davam edəcək tədbirlərdə Avropa qadın həndbolunun hazırkı durumu, iştirakçı federasiyaların sayının artırılması, çimərlik həndbolunun inkişaf perspektivləri və digər məsələlər müzakirə olunur. \\Axar