Bu il 36 min 400 nəfərə əlillik təyin olunub
2024-10-12 11:25:56
2024-cü ilin ilk doqquz ayında 36 min 400 nəfərə əlillik təyin olunub.
Hurriyyet.az xəbər verir ki, bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Qeyd edilib ki, onlardan 18,3 mininə ilkin, 18,1 mininə təkrar əlillik təyinatı aparılıb.
Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.