📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu il Azərbaycan hərbçiləri onlarla beynəlxalq təlim və yarışlarda iştirak edəcəklər

2022-01-06 17:20:00

Bu il Azərbaycan hərbçiləri onlarla beynəlxalq təlim və yarışlarda iştirak edəcəklər

Azərbaycan ordusunda şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlər davam etdirilir.

2022-ci tədris ilində hərbi qulluqçularımızın 30-dan artıq beynəlxalq təlim və yarışlarda iştirakı planlaşdırılır.

“Eternity - 2022”, “EFES - 2022”, “Sarsılmaz Qardaşlıq - 2022”, “Qış təlimi - 2022”, “Beynəlxalq Ordu Oyunları - 2022” və digər beynəlxalq təlim və yarışlar bura cəlb ediləcək hərbçilərimizin qarşılıqlı təcrübə mübadiləsi nəticəsində bilik və bacarıqlarının artırılmasına müsbət təsir edəcək.

Bundan başqa cari il ərzində hərbi qulluqçularımızın müxtəlif beynəlxalq seminar və konfranslarda iştirakı da nəzərdə tutulub.

virtualaz.org