Bu il Azərbaycanda üç beynəlxalq boks turniri keçiriləcək
2026-01-05 12:44:36
Hurriyyet.az xəbər verir ki, 2026-cı ildə Azərbaycanda üç beynəlxalq boks turniri keçiriləcək. Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Aprelin 2-8-i aralığında "Böyük İpək Yolu" turniri (böyüklər arasında) baş tutacaq. Mayın 2-8-də 17 yaşadək boksçular arasında Heydər Əliyev Kuboku, dekabrın 4-dən 10-dək isə Abbas Ağalarovun xatirəsinə həsr olunan turnir keçiriləcək.
Hər üç yarış Bakı Boks Mərkəzində təşkil olunacaq.
Hurriyyet.az