📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu il beynəlxalq axtarışda olan 22 nəfər xarici ölkələrdən ektradisiya edilib

2026-04-29 16:44:41

Bu il beynəlxalq axtarışda olan 22 nəfər xarici ölkələrdən ektradisiya edilib

Azərbaycan 2026-cı il ərzində beynəlxalq axtarışda olan 22 nəfəri ekstradisiya edib.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, cari il ərzində Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq axtarış xətti üzrə xarici ölkələrdən təhvil alınan şəxslərin sayı ümumilikdə 22 nəfər təşkil edib (11 nəfər Rusiya, 3 nəfər Gürcüstan, 2 nəfər Qazaxıstan, 2 nəfər BƏƏ, 2 nəfər Ukrayna, 1 nəfər Monteneqro, 1 nəfər Türkiyə).

Eyni zamanda, bu il ərzində ümumilikdə 6 nəfərin xarici ölkələrə verilməsi təmin edilib (1 nəfər Moldova, 1 nəfər Çin, 1 nəfər Rusiya, 1 nəfər Qırğız Respublikası, 1 nəfər Özbəkistan, 1 nəfər Tacikistan)