📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu il onun gülüşünü azaltdı... - Zelenskinin yubileyidir

2023-01-25 10:28:00

Bu il onun gülüşünü azaltdı... - Zelenskinin yubileyidir

Bu gün Ukrayna Prezidenti Volodimir Zelenskinin 45 yaşı tamam olur.

Hurriyyet.az-ın məlumatına görə, Zelenski 1978-ci ildə Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində anadan olub.

V. Zelenski 2019-cu ildə Ukrayna Prezidenti seçilməzdən əvvəl şoumen, aktyor, kinorejissor, aparıcı, müğənni, yumorist və parodiyaçı kimi məşhurluq qazanıb.

Mədəniyyət sahəsində fəaliyyətindən sonra prezident seçilməsi ilə dünya gündəminə gələn Zelenski 2022-ci ilin fevralında ölkədə müharibə başlamasından sonra da populyarlıq qazanıb. Müharibənin ilk günlərindən videomüraciətlər yayımlayan ölkə lideri dünyada əsasən rəğbət qazanıb.

V. Zelenskinin şəxsi həyatına gəldikdə isə qeyd etmək lazımdır ki, o, 2003-cü ilin sentyabrında məktəb yoldaşı olan Yelena Zelenskaya ilə ailə həyatı qurub. Cütlüyün 2004-cü ildə Aleksandra adlı qızı, 2013-cü ildə Krill adlı oğlu dünyaya gəlib. (qafqazinfo)