Bu il satılan hər 5 avtomobildən birinin elektormobil olacağı gözlənilir
2023-04-27 22:23:00
Hurriyyet.az “Yeni akit” nəşrinə istinadla xəbər verir ki, elektromobillərin sayının bu il 2022-ci illə müqayisədə 35 faiz artaraq 14 milyona çatması və satılan hər 5 avtomobildən birinin elektrikli olması gözlənilir. Bu məlumat Beynəlxalq Energetika Agentliyinin (IES) “Qlobal Elektromobil Mənzərəsi” hesabatında verilib.
2022-ci ildə dünyada elektromobil satışı 2021-ci illə müqayisədə rekordu yeniləyərək 55% artıb və 10 milyon ədədi keçib. Elektromobillərin avtomobil bazarındakı payı 14% yüksəlib. Bu rəqəm 2020 və 2021-ci illərdə müvafiq olaraq 4% və 9% olub.
2017-ci ildə dünyada 1 milyon elektromobil sayıldığı halda, 2022-ci ildə bu rəqəm 10 milyona çatıb.
Hürr Tərcüman
