"Bu il Ukraynaya daha çox sursat göndərəcəyik" - Almaniyanın müdafiə naziri
2024-02-15 11:53:01
“Ukrayna bu il ərzində 2023-cü illə müqayisədə 3-4 dəfə çox sursat alacaq”.
Hurriyyet.az xəbər verir ki, bunu, Almaniyanın müdafiə naziri Boris Pistorius Brüsseldə Kiyevə hərbi yardım üzrə təmas qrupunun növbəti iclasında bildirib.
“Deyə bilərəm ki, biz bu il Ukraynaya 2023-cü ildəkindən 3-4 dəfə çox artilleriya mərmisi çatdırmağı planlaşdırırıq”, - Pistorius bildirib.
Onun sözlərinə görə, Almaniya 2024-cü ildə silah-sursat istehsalı üçün 3,5 milyard avro büdcə ayırıb.
sfera.az