📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu ilin 3 ayı ərzində 76 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

2026-04-15 12:19:55

Bu ilin 3 ayı ərzində 76 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

Bu ilin yanvar-mart ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində 75 milyon 978 min manatlıq narkotik dövriyyədən çıxarılıb.

Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

2026-cı ilin yanvar-mart ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 2443 cinayət faktı aşkarlanıb.