📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu instituta direktor təyin edildi

2025-12-27 11:43:12

Bu instituta direktor təyin edildi

Faiq Mirzəyev Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdindəki Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu MMC-yə yeni direktor təyin edilib.

Hurriyyet.az Report-a istinadla xəbər verir ki, o, institutun rəhbərliyində Vüqar Babakişiyevi əvəz edib.

Xatırladaq ki, "Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu" kommersiya qurumu kimi 1994-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır. İnstitut tarixi abidələrin bərpası istiqamətində yeganə elmi-tədqiqat təşkilatıdır.