📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu instituta icraçı direktor təyin olundu - Foto

2026-11-12 15:34:53

Bu instituta icraçı direktor təyin olundu - Foto

Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub.

Hurriyyet.net  xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Əmr imzalayıb.

Digər Əmrlə ona institutun baş direktoru vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra etmək həvalə olunub.

Ötən gün Nigar Kərimova İnstitutun kollektivinə təqdim edilib.

Nigar Kərimova 2011–2015-ci illərdə Bakı Dövlət Universitetində biologiya üzrə bakalavr, 2015–2016-cı illərdə isə Birləşmiş Krallığın Aberdin Universitetində genetika üzrə magistr təhsili alıb.