📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu iranlıların bütün əmlakı müsadirə olunacaq

2026-03-09 18:12:43

Bu iranlıların bütün əmlakı müsadirə olunacaq

Xaricdə yaşayan və düşmənlə əməkdaşlıq edən, eləcə də milli təhlükəsizliyə zərər verən iranlıların əmlakı müsadirə olunacaq.

"Unikal" xəbər verir ki, bu barədə İranın Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Baş Prokurorluq açıqlamasında düşmənə müxtəlif yollarla rəğbət bəsləyən, onu müşayiət edən və əməkdaşlıq edən iranlılara qanuna uyğun olaraq bütün əmlaklarının müsadirə olunacağı və digər qanuni cəzalarla üzləşəcəkləri barədə xəbərdarlıq edib.