📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Bu, İsrail rejiminin cavabsız qalmayacaq böyük səhvidir" - Pezeşkian

2024-08-05 09:34:32

İran prezidenti Məsud Pezeşkian İsrailin HƏMAS lideri İsmayıl Haniyəni İranda öldürməsinin cavabsız qalmayacaq böyük səhv olduğunu deyib.

Hurriyyet.az xəbər verir ki, İran dövlət televiziyasının xəbərinə görə, prezident Pezeşkian paytaxt Tehranda səfərdə olan İordaniyanın xarici işlər naziri Əyman əs-Safedi qəbul edib.

Görüş zamanı Pezeşkian İranda rəsmi qonaq olan Həmas Siyasi Bürosunun rəhbəri Haniyənin öldürülməsinin beynəlxalq hüququn pozulması olduğunu bildirib.

O bu hücumu “İsrail rejiminin cavabsız qalmayacaq böyük səhvi” kimi xarakterizə edib. (APA)