Bu kənd klubuna qoşulmağa milyarderlərin sərvətləri kifayət etmədi - Fotolar
“Amazon”un təsisçisi Ceff Bezos, ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və qızı İvanka Tramp Mayamidəki “İndian Creek” adasında yaşasalar da, ərazinin nüfuzlu Kənd Klubuna üzv ola bilməyiblər.
Hurriyyet.Media xəbər verir ki, adadakı yaşayış yerlərindən müstəqil fəaliyyət göstərən klubun təxminən 300 üzvü var və hazırda tam tutumla fəaliyyət göstərir.
Kluba yeni üzv olmaq üçün namizəd mövcud üzvlərdən biri tərəfindən təqdim edilməli və 15 nəfərlik direktorlar şurasının ən azı 75 faizinin razılığını almalıdır.
Qaydalara əsasən, hətta idarə heyətinin bir üzvünün namizədə qarşı çıxması onun üzvlüyünün qarşısını almaq üçün kifayət edə bilər. Bu səbəbdən yüksək giriş haqqını ödəmək kluba üzv olmaq üçün yetərli deyil.
“The Wall Street Journal”ın məlumatına görə, Ceff Bezos adada 147 milyon dollardan çox vəsait xərcləyərək ən azı üç mülk alıb.