📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu kəndə girişi bağlandı - Səbəb nədir?- VİDEO

2022-08-16 00:32:00

Bu kəndə girişi bağlandı - Səbəb nədir?- VİDEO

Qəbələnin Laza kəndində ötən gün yerli sakinlər yolu bağlayaraq turistləri kəndə buraxmayıblar. Onlar bu addımı kənd yollarında xüsusilə şənbə-bazar günlərində yaşanan sıxlığa görə atdıqlarını bildiriblər.

Turistlərin qarşısını kəsən sakinlər avtomobildən istifadə edilməməsini tələb ediblər

Məsələ ilə bağlı Qəbələ Rayon İcra Hakimiyyətindən ”Xəzər Xəbər”ə bildirilib ki, sakinlərin istəyi nəzərə alınaraq Laza kəndinin girişində yer ayrılıb.

”Yaxın günlərdə işlər tamamlanaraq parklanma yeri kimi istifadəyə veriləcək”, – eyə məlumatda bildirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Xezerxeber.az